"Bütün əlillər İlham Əliyevin yenidən prezident seçilməsini istəyir" — Hadi Rəcəbli
Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin bugün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli aprelin 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərindən danışıb.“Ölkə.Az”-ın məlumatına görə, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qarşıdan gələn prezident seçkilərində dövlət başçısı İlham Əliyevə uğurlar arzu edib.
H.Rəcəbli aprelin 11-də keçiriləcək prezident seçkilərdə İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini qazanaraq, qələbə qazanacağına əmin olduğunu söyləyib:
“Biz bu gün keçirilən iclasda əlillərin problemlərini müzakirə edirik. Bu məsələ hər zaman möhtərəm prezidentimiz İlham Əliyevin diqqət və qayğısında olub. Ona görə də bütün əlillər istəyir ki, qarşıdan gələn seçkilərdə möhtərəm İlham Əliyev yenidən prezident seçilsin. Cənab İlham Əliyevin yenidən prezident seçilməyi bütün əlillərin ürəyindən olacaq. Çünki bütün əlillərin ən böyük dayağı möhtərəm prezidentimiz İlham Əliyevdir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı