Buraxıldığı gün yenidən saxlanılan şəxslə bağlı qərar verildi
Xəbər verdiyimiz kimi sosial şəbəkələrdə oğurluğa görə şübhəli bilinən Bakı sakini İsmayıl Qəhrəmanovun polis tərəfindən zorakılığa məruz qalmasının görüntüləri yayılmışdı.
Bakupost.az xəbər verir ki, Xətai rayon Məhkəməsi tərəfindən azadlığa buraxılan şəxsin məhkəmədən çıxan kimi polis tərəfindən yenidən saxlanılması müzakirələrə səbəb olmuşdu.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, paytaxtın Binəqədi, Xətai, Nizami rayonlarında çoxsaylı oğurluq əməllərində şübhəli bilinən 1995-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunan İ.Qəhrəmanov barəsində məhkəmə qərarı ilə 4 ay həbs qətimkan tədbiri seçilib.
Cinayət Məcəlləsinin 177-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs barəsində cinayət işinin istintaqı Bakı şəhər Baş Polis İdarəsində aparılır.
https://www.youtube.com/watch?v=kyvXmJHSKyg
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
