Burak Yılmaz "Trabzonspor"dan pullarını ala bilmir
“Layiq olduğum pulu tələb edirəm”
Burak Yılmaz “Trabzonspor” klubunu Türkiyə Futbol Federasiyasına şikayət edib. Klubdan 800 min avro alacağı olan Burak Yılmaz son günlər haqqında gəzən xəbərlər barədə açıqlama verib. “Karadeniz Gazetesi”-nə danışan Burak Yılmaz “Hər futbolçu bunu etməlidir. Lazım gələrsə yenə bunu edəcəyəm” deyib.
33 yaşlı futbolçu əlavə olaraq bildirib ki, “Başqasının pulunu yox, özümün layiq olduğum pulu tələb edirəm. TFF-yə etdiyim şikayətdən klubumun xəbəri var. Eyni şikayətdən “Trabzonspor” klubuna da etmişəm. Lakin onlar bunu görməməzlikdən gəlib. Başqa yolum yox idi”.
Qara dəniz klubunda forma geyən Burak Yılmaz əlavə olaraq bildirib ki, “Mənim işim futboldur. Klubun oyunçuyamsa maaşım ödənməlidir. Hazırda zədəliyəm. Zədəm keçməmiş oynamaq fikrim də yoxdur” deyib.
Vüqar
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək