31.08.2026 - 11:03
Maqazin 28 baxış

Burak Özçivit bacısının toyuna niyə qatılmadı?

Məşhur türk aktyoru Burak Özçivitin bacısı Burçun Özçivitin toy mərasimi keçirilib. Lakin Burak Özçivit işləri səbəbindən bu əlamətdar günə qatıla bilməyib və bacısını onlayn şəkildə təbrik edib.

Minval.info xəbər verir ki, Burakın bu qərarı sosial mediada birmənalı qarşılanmayıb. İzləyicilər aktyoru bacısının toyunda iştirak etmədiyi üçün kəskin tənqid ediblər. Bu tənqidlərdən bezən Burak Özçivit sosial şəbəkədə açıqlama verərək, izləyiciləri yeni ailə quran cütlüyün xoşbəxtliyinə kölgə salmamağa çağırıb. “Dostlar, niyə bu qədər pis insanlar oldunuz? Bütün ailə xoşbəxtkən, niyə yeni evlənən bir cütlüyü bu qədər bədbəxt edirsiniz? Onlar bizim ailəmizdir, canımızdır… Kimə və niyə bu qədər hücum edirsiniz? Uydurduğunuz hekayələri, mənasız şərhlərinizi gedin öz həyatlarınıza tətbiq edin. Bizi və ailəmizi rahat buraxın!” – deyə Burak bildirib.

Qeyd edək ki, Burçun Özçivit Bafradan olan Hasan Sağdıçla ailə həyatı qurub və Bafraya köçdüyünü açıqlayıb. “Həyat yoldaşım sayəsində Bafraya hələ tanımamışdan əvvəl aşiq oldum. Qəbul etsəniz, indi Bafra sakiniyəm” deyə Burçun bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: