Bundesliqanın bərpası təxirə düşdü
Almaniya Bundesliqasında mövsüm mayın 9-da bərpa olunmayacaq.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, hökumət məsələ ilə bağlı yekun qərarını növbəti həftəyə kimi təxirə salıb.
Kansler Angela Merkel və federal əyalətlərin başçıları cümə axşamı keçirilən sammitdə koronavirusun təsirlərini müzakirə ediblər. Federal kansler Helge Braunun qətnamə layihəsini 6 maya nəzərdə tutulmuş növbəti iclasda təqdim edəcəyi bildirilib.
Alman Futbol Liqasının (DFL) son bəyanatında 9 mayda mövsümü bərpa etməyə hazır olduqları bildirilmiş, bununla belə, yekun qərarın siyasətçilər tərəfindən veriləcəyi qeyd olunmuşdu. Bundesliqanın mümkün startı ilə bağlı qərar növbəti həftəyə təxirə salındığından, oyunların 9 mayda keçirilməsi ehtimal daxilində deyil.
Qeyd edək ki, hazırda Bundesliqa klubları kiçik qruplar halında məşqlərini davam etdirirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək