Bəstəkar-müğənni Murad Arif Əməkdar artist Sevda Ələkbərzadə ilə ifa etdiyi “Superstar” mahnısına klip çəkdirib.

Minval.info xəbər verir ki, müğənni “Superstar”ın bir motivasiya mahnısı olduğunu bildirib:

“Klipi Whosein çəkib. Ancaq bəyəndiyi mahnıları işləyir, kaprizli bir istedadlı insandır. Sözləri və musiqisi mənə məxsusdur. Bəstə şou-biznes ulduzları haqqında deyil. İnsanlara motivasiyadır. Onlara çatdırır ki, hər biriniz öz həyatınızın ulduzusunuz. Həyatınızın sükanında özünüzsünüz, özünüzü zirvələrə aparın. Mənə görə bu fəlsəfi mahnıdır. Mənim üçün şərəfdir ki, Azərbaycanın ən zövqlü və ən güclü ulduzu lə duet oxuyuram. Sevda Ələkbərzadənin demək olar ki, duetləri yoxdur. Duet mövzusunda son drəcə kaprizlidir. Mahnı haqqında fikirlərini ilk dinlədiyi an söyləmişdi. Mən ona bir neçə nəğmə göndərdim. Bu nəğməni seçdi.
İddia edirəm ki, bu il bundan zövqlü mahnı olmayacaq.  Sevad Ələkbərzadə ilə mahnı üzərində işləyərkən hit olub-olmayacağı haqqında düşünmürəm. Bundan zövqlü mahnı ola bilməz. Bu diskofankdır. Çox nadir işlənən tərzdir. Mahnının hit olması önəmli deyil, əsas zövqdür. Fank və disko mahnılar yazılmalıdır. Tamaşaçı bilməlidir ki, biz elə mahnılar yarada bilirik”.

Murad Arif bildirib ki, Sevda Ələkbərzadə ilə yeni duetlərə də imza atmaq istəyir.

Qeyd edək ki, sənətçilər “Superstar”ı ilk dəfə Murad Arifin “Hitmaker” konsertində təqdim edib.

 

View this post on Instagram

 

A post shared by Murad Arif (@muradarif)