"Bundan sonra işğaldan yox, bu zəfərdən danışacağam" - Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Qarabağın Ermənistanın işğalından azad olunması ilə bağlı danışıb.
Minval.info xəbər verir ki, o, klubun mətbuat xidmətinə açıqlamasında deyib:
“Bütün fikrimiz ordudan gələn xəbərlərdə idi. Hər birimizin illərdir gözlədiyi xəbər dünən cənab Ali Baş Komandamız tərəfindən verildi. Hər zaman komandama hansı şəhəri təmsil etdiyimizi, hansı adı daşıdıqlarının məsuliyyətini izah edirdim. İndidən sonra işğal haqda yox, bu zəfərdən danışacağam.
Şükürlər olsun ki, ordumuzun şücaəti nəticəsində artıq torpaqlarımız düşmən işğalından qurtuldu, inanıram ki, məcburi köçkünlərimiz tezlikdə öz evlərinə qayıdacaq. Həmin şəhərlərimizdə oynayacağımız günü səbrsizliklə gözləyirəm.
Allah şəhidlərimizə rəhmət etsin. Allah şəhid analarımıza səbr versin. Gözün aydın olsun, Azərbaycan”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qarabağ” bu gün iki yoxlama oyununa çıxacaq
"Yuventus" Ronaldusuz ilk görüşündə öz meydanında uduzub
Günün transfer xəbərləri: Zaman azalır, bazar qızışır
Şeydayev Mahirin müdəfiəsinə qalxdı - "Fitə basılması..."
Azərbaycan yığmasının qapıçısı Qazaxıstan klubunda - FOTO
Yenicə evlənən Ramil arvadı ilə çempionata hazırlaşır
FİFA buna görə AFFA-nı cərimələdi - Foto