Büdcədən oğurlayan məmurlar barədə məlumat verilsin
“Son bir neçə ildə Hesablama Palatasının peşəkarlığının artmaqda olduğu göz önündədir”.
Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” Hesabatın müzakirəsi zamanı komitənin üzvü Rüfət Quliyev deyib.
Deputat bildirib ki, dəyişikliklər artıq özünü göstərir: “Biz büdcədən oğurlayan məmurların aqibəti barəsində məlumat istədiyimizi daha əvvəllər demişdik. Büdcəyə hesabat ilində 34 milyona yaxın vəsait bərpa olunub. Amma yenə də bəzi məmurlar büdcədən xımır-xımır vəsaitləri yeyirlər. Biz buna görə ictimai nəzarəti də artırmalıyıq. Bununla bağlı dinləmələr də keçirə bilərik. Hesablama Palatasının hesabatında hüquq-mühafizə orqanlarına verilən məlumatların aqibəti ilə bağlı məlumat da əksini tapsa, yaxşı olar”.
R. Quliyev Azərbaycanda insanların 90 faizinin İcbari tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətindən narazı olduğunu vurğulayıb:
“Yüzlərlə adam bu şikayətlərlə bizə müraciət edir. Biz də İTSDA-ya müraciət edirik və minlərlə məsələ bu gün hələ də həllini tapmayıb”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Baş nazir maaşlarla bağlı qərarlara dəyişiklik etdi
Sabaha olan hava proqnozu açıqlandı
Lənkəran limanını Rusiyaya icarəyə verməyi təklif edən deputatdan açıqlama
KİV: Qurbanqulı Berdımuhammedov vəfat etdi
DİQQƏT: Bakıda saxta düyü satılır - Firmanın adı və ünvan (VİDEO)
Azərbaycan Prezidenti: "Düşməni bundan sonra da qovacağıq"