Bu təhsil işçiləri də şəhid olub... - FOTO
Daha iki təhsil işçisi Vətən müharibəsində şəhid olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov öz feysbuk səhifəsində paylaşım edib.
Qəhrəman döyüşçülərimizdən biri Cəlilabad rayonu Fərzili kənd ümumi orta məktəbinin kimya-biologiya müəllimi Tural Rəhimovdur. O, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Digər şəhidimiz isə Sabirabad Rayon Təhsil şöbəsinin əməkdaşı Xalid Nəciyevdir. O, ordu sıralarına leytenant kimi qatılıb və torpaqlarımızın düşməndən təmizlənməsi əməliyyatlarında iştirak edib.
Təhsil Nazirliyinin İnformasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə sosial şəbəkədə şəhid Xalid Nəciyevlə bağlı paylaşım edib:
“Xalidi çox istəmək lazım deyildi ki. Xalid elə özü qazanırdı bu sevgini, bu hörməti, bu istəyi. Uzun zamandı gözləyirdik, xəbərini gözləyirdik – qayıdacaq, işinin başına dönəcək deyə. Amma baş leytenant canından çox sevdiyi Vətən torpağını işğaldan azad edərkən şəhid olub – Elə indicə eşitdiyim bu xəbər o qədər sarsıtdı ki, o qədər parçaladı içimi… Sözlə ifadə edə bilmirəm…
Vətən və Bayraq uğruna can verən şəhifdim, gözəl insan, dəyərli həmkarım, sən gedərkən halallıq istəmişdin. İndi sən halal et haqqını bizlərə!”


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Növbəti köç karvanı Ağalı kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub
TƏCİLİ! Arayikin qızları Qarabağdan QAÇDI - Necə çıxıblar?
Ermənistan Televiziyası "Artsax" adından istifadə etməyi dayandırdı
Qarabağda erməni aktyorun yüklərini daşıyan “sülhməramlı fəhlə”ləri - FOTO
ABŞ Qarabağda minatəmizləmə işlərinə 2 milyon dollar ayırdı