Bu sürücülər də avtobus zolaqlarından istifadə edə biləcək – VİDEO
Gələcəkdə avtobus zolaqlarında taksi minik avtomobillərinin sərbəst hərəkətinə icazə veriləcək.
Musavat.com xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.
“Mövcud qanunvericiliyə əsasən avtobus zolaqlarında operativ nəqliyyat vasitələrinin hərəkətinə icazə var. Bu zolaqlarlar həm yanğınsöndürən, həm təcili yardım, həm də polis maşınlarının hadisə yerinə operativ çatmasına imkan verir.
Gələcəkdə taksi minik avtomobillərinin də avtobus zolağına daxil olması üçün qanunvericiliyə dəyişiklik edilməsi müzakirə edilir. Mövcud vəziyyətdə bu sahədə olan problemlər, yəni taksilərin hamısında fərqlənmə nişanının olmaması və s. kimi hallar bu avtomobillərin zolaqdan istifadəsinə mane olur.
Gələcəkdə bu problem aradan qaldırıldıqda sonra avtobus zolaqlarında taksilərin sərbəst hərəkətinə imkan yaradılacaq”, – o bildirib.
https://youtu.be/RG7VWl_ZTTo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO
"Sədərək" ticarət mərkəzini su basdı - VİDEO