Bu şəxslər pulsuz internetlə təmin oluna bilər - RƏSMİ AÇIQLAMA
Dünyanı koronavirus pandemiyasının cənginə aldığı bir dövrdə onlayn xidmətlər geniş vüsət almağa başlayıb. Əlbəttə ki, xidmətlərlə təminat internetsiz mümkün deyil.
Elə bunu nəzərə alan dünya ölkələri bir çox sferalarında, eləcə də, təhsil sahəsində əlçatanlığın təmin olunması üçün pulsuz internet xidmətləri təklif edib.
Şagird və tələbələrin pulsuz internetlə təminatı məsələsi də günümüzün ən aktual problemidir. Bir çox ölkələr, eləcə də, qonşu Türkiyədə onlayn təhsilin əlçatanlığı məqsədilə bütün tələbələr pulsuz internetlə təmin olunub.
Bəs Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu məsələnin köklü həlli üçün hansı işlər görür? İnternetin pulsuz verilməsi üçün hər hansı addım atılması planlaşdırılırmı?
Minval.info-nun məlumatına görə, qurumdan “oxu.az”ın sorğusuna cavab olaraq bildirilib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi məsələnin həlli məqsədilə mobil rabitə operatorlarına müraciət edib:
“Təhsil Nazirliyinin quruma müraciəti əsasında ümumi təhsil müəssisələrinin şagirdləri üçün məsafədən tədris imkanlarının genişləndirilməsinə dəstək məqsədilə müəyyən güzəştlərin tətbiq olunması ilə əlaqədar mobil rabitə operatorlarına müraciət olunub”.
Məlumatda qeyd edilib ki, Təhsil Nazirliyi tərəfindən bu məqsədlə yaradılmış “Virtual məktəb” layihəsinə dəstək çağırışına artıq “Azercell” qoşulub:
“Şirkət “Virtual məktəb” portalı üzərindən qeydiyyatdan keçmiş və “Azercell” abunəçisi olan 25 mindən çox müəllim-pedaqoji heyətin mobil nömrə balansına hədiyyə olaraq iki ay ərzində 10 AZN dəyərində 5 GB internet paketi yükləməklə təşəbbüsə öz dəstəyini verir”, – deyə nazirlikdən qeyd edilib.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, “Virtual məktəb” layihəsinin icrasını daha geniş təmin etmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət ünvanlanıb:
“Layihə şagird və müəllimlərin internetə əlçatanlığını təmin etmək məqsədi daşıyır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq