“Ermənilərin başı batsın, Rusiyanın həm səhnəsində, həm də televiziyasında komediya sayəsində at oynadıb, oyun çıxarırlar. Bizdə niyə yoxdur o əjdahalardan?”

Minval.info xəbər verir ki, bu sözləri Akademik Rus Dram Teatrının aktyoru Rüfət Nəzər sosial media hesabında yazıb.

O, ad çəkmədən “Bu şəhərdə” komandasını tənqid edib:

“Milli satiramızın cütlükləri, qadınlar və seksual azlıqlardan başqa parodiya ideyası yoxdur? Yumorumuzun səviyyəsi budur? Yoxsa, bu tulalar (ermənilər – red.) dedikləri kimi həqiqətən bizdən istedadlıdır?

Yenə də “Planet Parni iz Baku” nə isə alındırır. Başqalarına baxanda isə ancaq transseksuallara bənzəyirlər, illərdi səhnədədirlər, iyrəncdir. Əsəbiləşirəm. Hər dəfə qadın paltarında transseksual görünüşündə, qurşaqdan aşağı, dəxlisiz, gicbəsər yumoru görəndə çox pis oluram. Bu “qıjı” yumorundan uzaq o qədər bacarıqlı gənclərimiz var ki… Amma bu yarı-kişi, yarı-qadınlar o qədər yumorumuzu zəhərləyib ki, camaat başqa nə isə qəbul etmir.

“Qıjı” toy parodiyası, qadınları eşşək yerinə qoymaq, yalnız və yalnız region ləhcəsi ilə zarafatlar… Elə bil 10-15 il ərzində beyinləri başqa istiqamətdə işləməyib, efirdə də ağıllı-ağıllı elə danışırlar ki…”.