“Bu qərarı Bakı verəcək” - Putindən açıqlama
“Türkiyə heç vaxt Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəklədiyini gizlətməyib”.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalına müsahibəsində deyib.
“Onlar birtərəfli qaydada Azərbaycanı dəstəklədilər. Azərbaycan bütün dünya ictimaiyyətinin onun hesab etdiyi öz ərazilərini geri qaytardı. Bu baxımdan Azərbaycanın özünə istənilən müttəfiqi seçmək hüququ var idi. Azərbaycan suveren dövlətdir, vacib bildiyi müttəfiqi də seçə bilər. Bunu kim inkar edə bilər ki?”.
Putin əlavə edib ki, Qarabağ məsələsində Türkiyəyə hər hansı bir qiymət verilə bilər, ancaq onu beynəlxalq hüququ pozmaqda ittiham etmək olmaz.
Rusiyalı lider onu da bildirib ki, Qarabağdakı vəziyyətin monitorinqi ilə bağlı Birgə mərkəzin harada yerləşəcəyinə Bakı özü qərar verəcək. “Qafqazinfo”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir