Image result for Ərdoğan PutinTürkiyənin Suriyanın şimalında başlatdığı “Barış Pınarı” əməliyyatına verilmiş fasilənin qurtarmasına saatlar qalmış Rusiyanın Soşi şəhərində Rusiya və Türkiyə prezidentləri arasında vacib görüş keçiriləcək.

Avropa.info xəbər verir ki, görüşdən əvvəl Ərdoğan bu sözləri deyib:

“Bu səfərdə cənab Putin ilə prosesi müzakirə edəcək, ondan sonra da atılması lazım olan addımları inşallah atmış olacağıq”.

Ərdoğan görüşün əsas müzakirə mövzusunun YPG-nin Suriya rejiminə təhvil verdiyi ərazilər olacağını deyib.

Qeyd edək ki, ABŞ hərbçilərinin regiondan çıxması ilə “Barış Pınarı” əməliyyatı bölgəsi xaricində qalan ərazilərin çox hissəsi rejim qüvvələrinin nəzarətinə keçib. Rusiyanın dəstək verdiyi rejim qüvvələri Fəratın şərqində Mənbicdə, şərqində isə Kobani, Ayn İsa, Tel Tamer, Hasəkə və Qamışlıda bayraq qaldırdı. Sərhədləri boyunca 32 km-lik təhlükəsizlik zonası formalaşdırmaq istəyən Ankara bunun üçün Rusiyanı inandırmaq məcburiyyətindədir.

Həlledici görüşdən əvvəl həm Ankara, həm də Moskva açıqlamalar verib:

“Soçidə keçiriləcək danışıqlarda Suriya başda olmaq regional və beynəlxalq məsələlər haqda fikir mübadiləsi aparılması nəzərdə tutulur” – Türkiyə Prezident Aparatının açıqlamasında deyilir.

Rusiya prezidentinin müşaviri Yuri Uşakov isə Ərdoğan-Putin görüşünün əsas müzakirə mövzusunun “Barış Pınarı” əməliyyatının olacağını deyib. O, uzun müddətli stabilliyin mümkün olmasını Suriyanın ərazi bütövlüyünün təminindən keçdiyini deyib.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə “Ankara ilə Dəməşq arasında dialoqun 1998-ci ildə imzaladıqları Adana razılaşmasına əsaslandırılmasının vacibliyi açıqdır” deyib.