“Bu cür dramın olacağını düşünmürdük" - Zidan
“Real” futbolçuları düzgün reaksiya göstərdilər. İlk yarıda çox yaxşı oynadığımızı düşünürəm. Buraxdığımız ilk qolda ciddi səhv etdik. Bu cür dramın olacağını düşünmürdük”.
Qol.az xəbər verir ki, bu sözləri “Real”ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının qrup mərhələsində “Borussiya” (Münhenqladbax) ilə oyundan sonra mətbuat konfransında deyib.
Fransalı mütəxəssis səfərdə qeydə alınan 2:2 hesablı heç-heçəni belə şərh edib: “Təəssüf ki, futbolçularımız topa sahib olmaqda üstünlüyü ələ ala bilmədilər. Bunun futbolçulara necə təsir etdiyini başa düşürəm.
Hər kəs üçün çətin bir il olacaq, amma bu axşam komandamla fəxr etdim. Bu cür oynayaraq qrupdan çıxacağımıza şübhə etmirəm”.
Qeyd edək ki, B qrupunun turnir cədvəlinə 4 xalla “Şaxtyor” başçılıq edir. “Borussiya” 2 xalla 2-ci dir. Eyni xalı olan “İnter” 3-cü pillədə qərarlaşıb. Aktivinə yalnız 1 xal yazdırmağı bacaran “Real” isə sonuncudur. Növbəti turda “Real” “İnter” i qəbul edəcək. Qarşılaşmalar noyabrın 3-də keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək