"Bu addımla bahalaşmanın qarşısını almaq mümkün deyil “ - Ekspert
“Məlum olduğu kimi, Azərbaycanda ərzaq təminatı ilə bağlı problem yaranmaması üçün Nazirlər Kabineti tərəfindən “Minimum istehlak səbətinin tərkibinə daxil olan bir sıra əsas ərzaq mallarının və onların istehsalında istifadə olunan malların ölkə ərazisindən aparılmasının tənzimlənməsinə dair tədbirlər haqqında” Qərar imzalanıb. Bu addım daxili bazarın qorunması, daxili bazarda sabitliyin yaranması, kəskin bahalaşmanın qarşısını almaq üçün atılıb”.
Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, dünyanın bir çox ölkələrində bənzər addımlar atıblar: “Ərzaq bahalaşması ölkələri adekvat addımlar atmağa sövq edir. Bu addımlardan biri də ərzaq məhsullarının ixracının məhdudlaşdırılmasıdır. Azərbaycan da eyni addımı atdı. Bu, daxili bazarda sabitliyin yaranmasına dəstək verən amillərdən biri ola bilər. Ancaq təkcə bu addımla ərzaq qiymətlərinin yüksəlməsinin qarşısını almaq, bolluğa səbəb olmaq mümkün deyil. Hesab edirəm ki, digər müvafiq addımların da atılmasına ehtiyac var. Məsələn, daxili istehsalın artırılmasına, Azərbaycanda istehsalı olmayan və yaxud az olan məhsulların idxalının stimullaşdırılması üçün gömrük rüsumlarında güzəştlərə ehtiyac var. Hökumətin əlində olan ən effektiv inflyasiya aləti istehsalçılar və vətəndaşlar üçün kommunal xidmətlərin qiymətinin aşağı salınması ola bilər. Çox təəssüf ki, yaxın gələcəkdə bununla bağlı qərarların alınması çətin görünür. İkinci alət vergi dərəcələrini və gömrük rüsumlarını aşağı salmaqla ölkədə istehsal olunmayan ərzaq məhsullarının ucuzlaşmasına şərait yaradılmadır. Bu qismən də olsa qiymət artımının qarşısını ala bilər”.
Natiq Cəfərli qeyd edib ki, təchizat zəncirləri qırılır, təchizatda ciddi problemlər yaranır. Logistika bahalaşır və ölkələr daha çox daxili bazarlarını qorumağa çalışırlar:
“Dünyada elə ərzaq növləri var ki, orada Rusiya və Ukraynanın payı kifayət qədər yüksəkdir. Məsələn, bitki yağlarında iki ölkənin dünyadakı payı günəbaxan və qarğıdalı yağı üzrə 58 faizdir. Bu, kifayət qədər böyük rəqəmdir. Bəzi ərzaq növləri üzrə daha ciddi qiymət artımı müşahidə oluna bilər. Bahalaşmadan əlavə isə dünyada bəzi ərzaq növlərinin çatışmazlığı müşahidə ediləcək”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Müəllimlərə əlavə maaş: Sertifikatlaşdırmada yeni mərhələ
Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat: Ruslan Ənvərli şöbə müdiri oldu
Qusar icra hakimiyyəti bayraqlara 12 min xərcləyir
Müəllimlərin maaşı 35% artacaq: 31 min nəfər faydalanacaq
Şirkət rəhbəri şəhid anasına borcunu ödəmədi?
Yeni Ay üç bürcə maliyyə uğuru gətirir
Xırdalanda daş sexinə görə 2 500 manat cərimə