“Bu 30 ildə Şuşada bir ev tikilməyib” - Paşinyan erməniləri reallığı itirməkdə ittiham etdi

“Bu 30 ildə Şuşa haqqında nə qədər danışıblar. Bəs bu illərdə orada nə qədər yaşayış evi tililib? Bir dənə tikilməyib. Nə üçün? Pul yox idi? Şəhəri qoruyacaqlarına inanmırdılar? Məncə, cavab aydındır”.
Musavat.com Demokrat.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Litvada erməni icmasının nümayəndələri ilə görüşdə bildirib.
Onun sözlərinə görə, Ermənistanın son 30 ildə ən böyük problemi onda olub ki, ermənilər bu zaman kəsiyində reallıqla üz-üzə qalmayıblar.
Paşinyan deyib ki, Şuşa problemi həmişə mövcud olub və Azərbaycan heç vaxt Qarabağa qayıtmaq ideyasından imtina etməyib.
Baş nazir deyib ki, vaxtilə aparılan danışıqlar zamanı referendum variantı da müzakirə olunub və erməni tərəfi Qarabağdakı azərbaycanlıların bu referendumda iştirakına razılıq vermişdi. “Bəs azərbaycanlı sakinləri harada yerləşdirilməli idi? Əlbəttə, əvvəl yaşadıqları yerdə”-deyə Paşinyan vurğulayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiya Xəzəri təhlükəli bölgəyə çevirir
Türkiyə xüsusi təyinatlıları 11 terrorçunu MƏHV ETDİ
Türkiyədə qətliam kimi yol qəzası - azı 15 nəfər ölüb
İranda əxlaq polisi qadını avtomobildən yerə atdı - VİDEO
Malayziya Kralı Türkiyəyə səfər edib
Türkiyədən S-400 açıqlaması: Yenilik yoxdur!
Krımda fövqəladə vəziyyət elan olunub