Britaniyada siyasi böhran - İki nazir istefa verdi
Böyük Britaniyanın səhiyyə naziri Sacid Cavid və maliyyə naziri Rişi Sunak hökumətdəki vəzifələrindən istefa veriblər.
Modern.az xəbər verir ki, bu barədə nazirlər sosial media hesablarında məlumat yayıb.
Cavid “Twitter”də paylaşdığı məlumatda artıq öz vəzifəsini vicdanla davam etdirə bilməyəcəyini və İngiltərənin Baş naziri Boris Consona etibar etmədiyi üçün vəzifəsindən istefa verdiyini bildirib.
Sunak isə paylaşımında bu açıqlamaları verib:
“Xalq haqlı olaraq hökumətin düzgün, səriştəli və ciddi idarə olunmasını gözləyir. Mən başa düşürəm ki, bu, mənim sonuncu nazir postum ola bilər, amma inanıram ki, bu standartlar uğrunda mübarizə aparmağa dəyər və buna görə də istefa verirəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir