"Brilliant kimi erməniyə "super" yaza bilmərəm" - Röya
Xalq artisti Röya Ayxan qonaq olduğu “3D” proqramında açıqlamaları ilə gündəmə gəlib.
Minval.info xəbər verir ki, müğənni aparıcı Dadaş Dadaşlinskinin “Brilliant Dadaşova erməni ifaçının altına “super” yazmışdı. Dedi ki, görsəm, erməni yaxşı ifa edir, yenə yazacam. Çünki mahnının milliyəti olmur” sözlərinə qalmaqallı reaksiya verib:
“Onda niyə şərhi sonra pozdu? Deməli, öz etdiyinə inanmaq istəmədi. Nə qədər desək də, musiqinin milliyəti yoxdur… Danışmadığım müğənninin mahnısını zümzümə edərəm. Amma millətimi incidənə “super” yazmaram. Çünki mən qarabağlıyam, nəslim yurdundan ayrı düşüb, hamısının əziyyətini çəkirəm. Hələ bu qədər əziyyət qabağında “super” yazacam? Heç vaxt, istəyir mahnımı gözəl oxusun. Ümumiyyətlə mənim mahnımı niyə oxusunlar? Brilliant xanımla bu barədə razı deyiləm, bundan sonra da olmaram. O da belə sözünü deyən qadındır, sevirəm onu. Fikrini deyib, sonra, pozub”.
Xalq artisti Brilliant Dadaşovanın Röya Ayxanın sözlərinə cavabı gecikməyib. Müğənni bununla bağlı “İnstagram” səhifəsində paylaşım edib.
“Səhnəyə çıxdığım gündən indiyənə kimi təriflədiyim hər kəs fürsət tapdıqca kölgəmi qılıncladı. Mən də hər zaman musiqilərimə, sənətimə və sizlərə güvənərək təsəlli tapdım. Şükür olsun, arzularımın adamı həyatımdadır” deyən Dadaşova “Şükür ola” mahnısını yayımlayıb.
Dadaşova daha sonra “İnstagram”da Röyanı izləmə siyahısından çıxarıb.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
