Brilliant Dadaşova: “Əsli olmayan, əxlaqsız həyat tərzi sürən minlərlə şou əhlinin...
Əməkdar artist, AYB-nin üzvü Elza Seyidcahandan küsülü olan bacısı Lalə Seyidcahan bu gün “Bizimləsən” verilişə çıxaraq, bacısından şikayətlənib. Verilişə canlı bağlantı ilə qoşulan Seyidcahanların anası Seyidcahan Əhmədova böyük qızının bu addımını sərt tənqid edib və onu “utanmaz” adlandırıb.
Musavat.com bildirir ki, xalq artisti Brilliant Dadaşova bununla bağlı sosial şəbəkədə öz münasibətinin bildirib. Xalq artisti hər zaman yalnız istedadlı insanların hədəf seçildiyini, şərləndiyini deyib:
“Bütün istedadlı insanlar Allah tərəfindən hər hansı bir formada sınanır. Səhnədə, cəmiyyətdə ədəbsiz, özünü və ətrafını saya salmayan, ailə dəyərlərinə məhəl qoymayan, əxlaqsız həyat tərzi sürən, özündən razı, sənəti ortabab, adı isə ulduz olan minlərlə şou əhli var. Onlara heç bir vaxt şər atıldığını görmədim və ümumilikdə onlarda belə problemlər olduğuna heç vaxt rastlaşmadım. Çox təəccüblü haldır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!