Bosfor boğazında duman oyunu: Gəmi hərəkəti dayandı, təhlükəsizlik tədbirləri gücləndirildi
İstanbulda səhər saatlarından etibarən sıx dumanın təsiri ilə quru və dəniz nəqliyyatında ciddi çətinliklər yaranıb. Görünürlük səviyyəsinin kəskin azalması nəticəsində Bosfor boğazında gəmi hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Minval.info xəbər verir ki, dumanın xüsusilə Bosfor boğazı və Üsküdar ətrafında görünürlüyü bir neçə metrədək azaltdığı müşahidə olunub. Bu səbəbdən Sirkəci–Harem avtomobil bərə reysləri də ləğv edilib.
Bununla yanaşı, “Şəhər Xətləri” bərə marşrutları fəaliyyətini davam etdirir. Sahil Mühafizəsi rəsmiləri, beynəlxalq gəmiçiliyin təhlükəsizlik səbəbilə müvəqqəti məhdudlaşdırıldığını bildiriblər. Görünürlüyün yaxşılaşması ilə Bosfor boğazında hərəkətin bərpa olunması gözlənilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
BŞTİ müəllimlər üçün işə qəbul elan etdi
Ədəbiyyatşünas Qurban Bayramov dünyasını dəyişib
Uzun yaşamaq istəyənlərə xəbərdarlıq: bu iki üsula inanmayın
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi