"Boşananda onu lüt evdən göndərəcəm, hər şey mənimdir" - Rəmişin arvadı - VİDEO
ARB TV-nin “Səhər-səhər” verilişinin qonağı Xalq artisti Rafiq Hüseynov (Rəmiş) və yoldaşı Gülü olub.
Gülü xanım bildirib ki, Rəmişin qohumları onun mal-mülkünə göz dikib:
“İndidən mal-mülkünün davasını edirdilər. Deyirlər Gülünü boşa. Boşansın, onu lüt evdən göndərəcəm, yola salacam gedəcək. Hər şeyi mənimdir”.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Rəmiş isə həyat yoldaşının sözlərinə belə reaksiya verib:
“Gedib evimi də, maşınımı da Gülünün adına keçirdim. Sabah mənə nəsə olsa, mal-mülk davası getməsin. Mən onu necə boşayım? Yetim qızdır, heç kimi yoxdur. Acınacaqlı həyat yaşayıb. Ona görə də indi nə istəyir alıram. Onu bağçaya mən aparıb-gətirmişəm. O vaxtdan məni çox istəyir. Atası mənim müəllimim idi. Bunun elə ilk məhəbbəti də, son məhəbbəti də mən olmuşam.
Uşaq vaxtı atası atıb internata. Acınacaqlı həyat keçirib. İndi də pulu atıram qabağına”.
Bu sözlərdən sonra Gülü xanım göz yaşlarını saxlaya bilməyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO