Boris Conson son bir ildə ən çox maaş alan deputat olub
Böyük Britaniya İcmalar Palatasının deputatları parlament maaşlarına əlavə olaraq 8 milyon funt-sterlinq gəlirlərini təqdim ediblər. Keçmiş baş nazir Boris Consonun gəliri həmin məbləğin dörddə birindən çoxunu təşkil edirmiş.
Musavat.com xəbər verir ki, bu barədə PA Media portalı məlumat yayıb.
Keçmiş baş nazir deputat kimi aldığı 84 min funt-sterlinq maaşa əlavə olaraq son 12 ayda 2,3 milyon funt-sterlinq qazanıb. Bu pulların demək olar ki, hamısı Consonun vəzifəsindən getməsindən sonra daxil olub. Buraya müxtəlif platformalarda çıxışlarına görə aldığı 1,8 milyon funt-sterlinq və gələcəkdə yayımlayacağı xatirələri üçün 510 000 funt-sterlinq daxildir.
Consonun ümumi gəliri onu son bir ildə ən çox maaş alan deputat edir və sələfi Tereza Meyi xeyli qabaqlayır. Britaniyanın sonuncu qadın baş naziri çıxışlarına görə 965 000 funt-sterlinq qazanır. Meyin gəlirinin böyük hissəsi şəxsi kabinetinin və xeyriyyə işlərinin maliyyələşdirilməsinə sərf olunur. Keçmiş baş nazir deputatın maaşından əlavə illik 85 min funt-sterlinq gəlir qazanır.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıya nəvəsini görməyə gələn baba “Poz-Qazan”dan 500 000 manat uddu – Video
Pompeo İranı "terrorçuluğun böyük sponsoru" adlandırıb
Parlamentdən Elman Rüstəmova etimad: 91 lehinə, 1 əleyhinə, 1 bitərəf
Bakının bu ərazisində söküntü başlanılır
Hərbi ekspert: "Ermənistan Qərbin açıq himayəsinə götürülüb"
İran hökumətinin sözçüsü: “ABŞ gərginlik yaratmaq istəyir”