“Bizə təzyiq etməyin, altından qalxa bilmərik…”
ABŞ İrana qarşı tətbiq edilən sanksiyalara görə Ermənistana təzyiq göstərməməlidir.
Virtualaz.org xəbər verir ki, belə bəyanatla Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Vaşinqtonda, Atlantk Şurasında çıxış edib.
“Biz istəmirik ki, ABŞ İrana qarşı tətbiq edilmiş sanksiyalara görə Ermənistana təzyiq göstərsin. Ermənistan bunun altından qalxa bilməz”,- o bildirib.
Mirzoyan qeyd edib ki, ABŞ-la İran arasında gərginliyin artması Ermənistan iqtisadiyyatına mənfi təsir edir. Çünki iki qonşusu ilə sərhədi bağlı olan Ermənistan İranla münasibətlərdən çox asılıdır.
Mirzoyanın başçılıq etdiyi nümayəndə heyətinin Vaşinqtona səfəri iyulun 18-nədək davam edəcək, daha sonra isə erməni spiker iyulun 26-na qədər Boston və Nyu-Yorkda görüşlər keçirəcək. Onun səfərində məqsəd ABŞ-dakı erməni diasporundan və Birləşmiş Ştatlardan Ermənistan iqtisadiyyatına dəstək təmin etməkdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ölkəmizə qarşı yeni hərbi plan var?
“Taliban”la görüş məsələsində kimdənsə icazə almalı deyilik”
Azərbaycanla ATƏT arasında danışıqlar aparıldı
Tehran görüşündə Ərdoğanla Putin arasında gərginlik yaşandı
İsa Qəmbər xəstəxanadan evə buraxılıb
Dmitri Peskov: "İlin sonunadək Baydenlə Putin görüşə bilər"
