“Biz Bakını istəyirdik” - Şenol Günəş
Xəbər verdiyimiz kimi, Avro-2020-nin Rumıniyanın paytaxtı Buxarestdə keçirilən püşkatma nəticələrinə əsasən, Türkiyə millisinin iki oyunu Bakıda keçiriləcək.
“Minval.info”nun Türkiyə mediasına istinadən məlumatına görə, millinin baş məşqçisi Şenol Günəş püşkatmanın nəticələri ilə bağlı açıqlama verib. O, millinin oyunlarının Bakıda keçiriləcəyindən məmnun qaldıqlarını bildirib:
“Hər kəsin istəmədiyi bir hadisə var idi, amma biz Bakını istəyirdik. Uzun bir səyahət olsa da, Azərbaycanda öz meydanımızda oynayacağımızı düşünürük. Bu baxımdan sevindik. İnşallah, qrupdan çıxaraq gözəl günlər görərik”.
Qeyd edək ki, iyunun 17-də Türkiyə – Uels, iyunun 21-də isə İsveçrə – Türkiyə matçları Bakıda keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Astana” futbol klubunun da adı dəyişir?
"Barselona" La Liqada qalacaq"
“Çelsi”nin 9 nömrə lənəti - FOTOLAR
Məşhur xanım idmançı donuz əti yedi, karyerası bitdi
FİFA dünya çempionatında iştirak edən komandaların mükafatını açıqlayıb
“Liverpul”un azarkeşləri Messinin cəzalanmasını tələb edir – Video
"Barselona" və ulduz futbolçu arasında gərginlik son həddə çatdı