Bir qadının dəyəri 7 manat - Azərbaycanda qadın qul bazarı - VİDEO
Maştağa kəndində yerləşən qadınların fəhlə bazarı… Onlar buranı qadınların qul bazarı da adlandırırlar.
“Minval.info” Baku.Tv-yə istinadən xəbər verir ki, bazar isə elə sözün hər iki mənasında bazardı. İş axtaran kim, bir birinin işinə maneə olan kim.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Bazarda işləyənlərin dediklərinə görə, bura hər gün 20-30 nəfər qadın gəlir. Hətta bu rəqəmin 40-50 olan zamanları da olur.
Fəhlə bazarında müxtəlif yaşda olan qadınlara rast gəlmək olur. Hətta 25 yaşında gənc qızlar da bu yolla pul qazanmağı özlərinə yol seçiblər. Burada işləməklərini isə özlərinə iş tapmamaq ilə səciyyələndirirlər.
Bu qadınlar hətta 20 ildir ki, artıq öz çörək pulunu bu bazardan çıxardır. Bəzən günə 3 manat qazanana da olur, 5 manat qazanan da. 20-25 manat qazanc əldə edib evinə qayıdanlar da.
Bu tip fəhlə bazarı isə Maştağadan başqa, Nəsimi bazarının yanında da fəaliyyət göstərir. Orada da, qadınlar bu şəkildə toplanaraq gündəlik qazanc əldə etmək üçün hələ xəbərsiz olduqları görəcəkləri işi gözləyirlər.
Ətraflı video reportajı təqdim edirik:
https://youtu.be/NIgokgJyJmk
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
