Bir ayda 711 nəfər zəhərlənməyə görə “Semaşko”ya müraciət edib
Aprel ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 711 nəfər müraciət edib.
Mərkəzin Mətbuat xidmətindən “Minval.info”ya verilən məlumata görə, onlardan 124-ü Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.
Qəbul olan xəstələrdən 62-si dərmandan, 19-u sirkə turşusundan, 7-si dəm qazından, 1-i göbələkdən, 4-ü etil spirtindən zəhərlənib. Digərlərindən 2-si anaflaksiya səbəbindən, 13-ü allergik reaksiyadan, 10-u isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 5-ni ilan, 1-ni isə əqrəb sancıb.
Zəhərlənən şəxslərin 54-ü qadın, 6-sı kişi, 20-i uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 124 nəfərdən 8-i (6-sı kişi, 1-i qadın, 1-i uşaq) dünyasını dəyişib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlandı
72 stomatoloji klinikada nöqsanlar aşkarlandı
Azərbaycanda kütləvi şəkildə yayılan xəstəlik nədir? – AÇIQLAMA
Kardiologiya İnstitutunda nələr baş verir? - Açıqlama
Bakıdakı poliklinikalarla bağlı YENİLİK
Müalicəsi olmayan ölümcül virus yayıldı
Apteklərdə qiymətlər buna görə bahadır