Binəli Yıldırımdan İmamoğlunun qələbəsinə reaksiya
Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul Böyükşəhər Bələdiyyəsinə namizədi Binəli Yıldırım ötən gün Millət İttifaqının namizədi Əkrəm İmamoğlunun qələbəsinin təsdiqlənməsi ilə bağlı fikirlərini bölüşüb.
O, fikirlərini “Twitter” hesabında paylaşıb.
“İstanbulda baş tutan seçkilərdən sonra seçki komissiyası bələdiyyə sədri vəsiqəsini cənab İmamoğluna verib. Qərarın xeyirli olmasına ümid edirəm. Demokratiya və hüquq öz sözünü dedi. Artıq gərginliyin lazım olmadığını düşünürük. Ancaq partiyamız hüquqi haqlarından istifadə etməyə davam edir. Son söz Ali Seçki Qurumunundur”, – B.Yıldırım yazıb.
Xatırladaq ki, yekun nəticələrə əsasən, Ə.İmamoğlu seçkilərdə 4 milyon 169 bin 765, B.Yıldırım isə 4 milyon 156 min 36 səs qazanıb. /oxu.az/
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
