Bill Qeyts koronavirusa qarşı həbin yaradılmasına 70 milyon dollar yatırıb

Bill və Melinda Qeytsin fondu koronavirus əlehinə həblərin yaradılmasına 70 milyon ABŞ dolları yatırıb.
Minval.info xarici mətbuata istinadən xəbər verir ki, bu vəsaitin əvəzində onlar süni intelektin köməyi ilə dərmanlar yaradan “Exscientia” startapında pay alacaqlar.
Pulların bir hissəsi COVID-19-un müalicəsi üçün virus əlehinə yeni həblərin yaradılmasına və gələcəkdə pandemiyaların qarşısının alınmasına yönəldiləcək. Bu, Qeytslərin həmin şirkətə 2-ci sərmayəsidir.
“Exscientia” süni itelektin köməyi ilə artıq dırman vasitələri yaradıb. Belə ki, psixiki xəstəliklərin müalicəsi üçün iki preparat buraxılıb. Hazırda həmin müalicə vasitələri kliniki tədqiqatlardan keçirilir. Startap həmçinin müstəqil olaraq bədxassəli şişlərlə mübarizə üçün preparat hazırlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq