Səudiyyədən neftlə bağlı xəbərdarlıq: ehtiyatlar kritik həddədir
Dünyada neft tədarükündə mümkün fasilələrin təsirini azaltmaq üçün istifadə olunan ehtiyatların səviyyəsi təhlükəli dərəcədə aşağı düşüb. Minval.info xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco”nun rəhbəri Amin Nasser məlumat verib.
Amin Nasser bildirib ki, qlobal neft ehtiyatları hazırda “qorxuducu dərəcədə aşağı” səviyyədədir. Bu vəziyyət xüsusilə Hörmüz boğazında gəmi hərəkətinin bərpa olunmaması halında neft bazarında ciddi gərginliyə səbəb ola bilər.
O, xəbərdarlıq edib ki, belə vəziyyətdə neft məhsullarının qiymətləri kəskin arta bilər. Nasser əlavə edib ki, strateji ehtiyatların bazara buraxılması vəziyyəti müəyyən müddətə yüngülləşdirə bilər, lakin bu addım neftə olan tələbatla təklif arasındakı balanssızlığı aradan qaldırmayacaq.
Alternativ marşrutlar axtarılır
“Saudi Aramco” rəhbərinin sözlərinə görə, Hörmüz boğazından neft daşımalarının bərpasından sonra belə, ölkələrə strateji ehtiyatlarını əvvəlki səviyyəyə çatdırmaq üçün iki ilədək vaxt lazım ola bilər. Şirkət hazırda neft ixracı üçün alternativ marşrutlar axtarır və xarici ölkələrdə əlavə saxlama imkanlarının yaradılması üzərində işləyir.
Bununla yanaşı, Hörmüz boğazında yaranan problemlərin qlobal ərzaq bazarına da təsir göstərə biləcəyi bildirilir. Məlumata görə, dünya üzrə gübrə tədarükünün təxminən üçdə biri bu boğaz vasitəsilə həyata keçirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Röyanın "Baldır Yar" klipi 1 milyon izlənmə ilə rekord vurdu
Schneider Electric-in rekord PTC alqı-satqısı səhmlərin dəyərini endirdi
Cəbrayılda ilk istixana sənaye zonası yaradılır
Azərbaycanda yol infrastrukturu: hansı rayonlar daha yaxşı təmin olunub
Səudiyyə Ərəbistanının şərq-qərb neft kəməri normal işləyir
Yaxın Şərqdə neft ixracı müharibə öncəsi səviyyələrə qayıtdı
Çində 2025-ci ildə 670-dən çox bank bağlanıb