05.10.2026 - 15:24
Cəbrayılda ilk istixana sənaye zonası yaradılır
İqtisadiyyat 4 baxış

Cəbrayılda ilk istixana sənaye zonası yaradılır

Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayıl rayonunda qurulur. Bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov məlumat verib. O, Cəbrayılda keçirilən 100-cü Yubiley Aqrar Biznes Festivalı çərçivəsində təşkil olunmuş tədbirdə çıxış edib.

Minval.info xəbər verir ki, nazir Məcnun Məmmədovun sözlərinə görə, ilk dəfə ölkədə istixanalar məhz sənaye zonası şəklində, vahid məkanda təşkil olunacaq. Layihəyə özəl sektor tərəfindən investisiya qoyulması planlaşdırılır, kommunikasiya, elektrik və qaz xətləri isə dövlət tərəfindən çəkiləcək. Bu layihənin ilk mərhələsi azad olunmuş ərazilərdə, Cəbrayıl rayonunda Araz Vadisi Sənaye Zonasının qarşısında həyata keçirilir.

Məmmədov bildirib ki, ərazinin Zəngəzur dəhlizi yolu üzərində yerləşməsi gələcəkdə məhsul ixracını logistik baxımdan asanlaşdıracaq. Bu, bölgənin iqtisadi inkişafına da müsbət təsir göstərəcək.

Aqrar texnologiyaların inkişafı

Nazir həmçinin aqrar sahədə dronların tətbiqinin genişləndirilməsini vurğulayıb. O qeyd edib ki, dronların istifadəsi ölkədə yenidir və həm fermerlər, həm də şirkətlər bu texnologiyaya alışmalı olacaqlar. Dronların tətbiqi hazırda nəzarətli şəkildə həyata keçirilir və inkişaf səviyyəsi artdıqca istifadəsi də genişlənəcək. Nazirlik və Aqrar İnnovasiya Mərkəzi dron operatorlarının yetişdirilməsi üzrə təlimlər keçirməyə davam edir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: