Sosial şəbəkələrdə nalayiq ifadələr səsləndirən "tiktoker" həbs edildi
Sosial şəbəkələrdə nalayiq ifadələr işlədən daha bir “tiktoker” polis tərəfindən saxlanılıb. Məlum olub ki, Məhəmməd Hüseyn oğlu Nəsibov “tiktok” platformasında “7_muxammed_7” adlı səhifəsində canlı yayım zamanı digər bloggerlərlə söhbət edərkən ictimai mənəviyyata zidd ifadələr işlədib.
Minval.info xəbər verir ki, Məhəmməd Nəsibovun bu hərəkətləri cəmiyyətə hörmətsizlik olaraq qiymətləndirilib. Polis əməkdaşları tərəfindən saxlanılan Nəsibov barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə əsasən protokol tərtib edilib.
Bu maddə, internet üzərindən ictimai mənəviyyatı təhqir edən və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin cəzasını nəzərdə tutur. Belə ki, əxlaqsız ifadələrin və ya milli-mənəvi dəyərlərə zidd hərəkətlərin nümayiş etdirilməsi bu maddəyə əsasən qanun pozuntusu sayılır.
Məhkəmənin qərarı ilə Məhəmməd Nəsibov 10 gün müddətinə inzibati qaydada həbs edilib. Bu cür halların qarşısını almaq məqsədilə hüquq-mühafizə orqanları sosial media istifadəçilərinə qarşı tədbirləri davam etdirəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Tanınmış tiktokerin həbsi cəmiyyətdə rezonans doğurdu
Cinayətkar çimərlikdə silah və sursat basdırıb
Nizami rayonunda gözəllik salonu və marketlərdən oğurluq hadisəsi
Rəqqas Nicat Azadlı xanımına qarşı zorakılıq tətbiq etdi
Cinayət yolu ilə əldə olunan vəsaitlər necə idarə olunur
Abşeronda su xətti mübahisəsi bıçaqlanma ilə nəticələndi
78 yaşlı kişi nəvəsinin sevgilisini bıçaqladı: dəhşətli hadisə