Biləsuvarda antisanitariya kabusu: Xəstəlik təhlükəsi qapıda!
Biləsuvar rayonunun Həzi Aslanov küçəsindəki antisanitariya vəziyyəti sakinlərin ciddi narazılığına səbəb olub. Ərazidə məişət tullantılarının vaxtında daşınmaması nəticəsində küçələrdə zibil yığılıb və bu, üfunətə səbəb olub, sakinləri xəstəlik riski ilə üz-üzə qoyub.
Minval.info xəbər verir ki, sakinlər ərazidə ölmüş heyvanların cəsədlərinə də rast gəldiklərini bildirirlər. Zibillikdə sahibsiz itlərin toplaşması və ilanların görünməsi vəziyyəti daha da ağırlaşdırır. Sakinlərdən biri, “Buraya beş ildir gəlmişəm, təmiz hava görməmişəm. Zibili bura atmaq əvəzinə, çayın içinə də atırlar. Nəfəs almaq mümkün deyil,” deyə narazılığını ifadə edib.
Məsələ ilə bağlı aidiyyəti qurumdan verilən məlumata görə, Həzi Aslanov küçəsində vəziyyətin yaxşılaşdırılması üçün sakinlərlə dəfələrlə maarifləndirici söhbətlər aparılıb. Qurumun nümayəndəsi bildirib ki, əsas problemlərdən biri sakinlərin məişət tullantılarının daşınması ilə bağlı müqavilə bağlamaması və bunun üçün nəzərdə tutulan ödənişi etməməsidir. “Əhali arasında bütün maarifləndirmə işlərini aparmışıq. Dəfələrlə küçələrdə sakinlərlə fərdi qaydada söhbət etmişik. Əhalinin böyük əksəriyyəti məişət tullantılarını zibil qutularına belə atmır, maşının pəncərəsindən tullayır. Rayon polis şöbəsinin əməkdaşları tərəfindən də bir neçə dəfə cərimələr tətbiq olunub,” deyə qurum nümayəndəsi qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı