"Beşiktaş"ın "Qarabağ"ın sabiq qapıçısına təklif etdiyi məbləğ bəlli oldu
Türkiyənin “Beşiktaş” klubunun “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiçə təklif etdiyi maaş bəlli olub.
“Report” yerli mətbuata istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Erzurumspor”la müqaviləsi mövsümün sonunda başa çatacaq 32 yaşlı qolkiperə illik 400 min avro, imza üçün 150 min avro ödəməyə hazırdır.
Hazırda tərəflər arasında danışıqlar gedir. İddiaya görə, komandanın baş məşqçisi Sergen Yalçının ilk istəyi İbrahim Şehiç deyil. Mütəxəssis yerli qapıçılar Sinan Bolat və Volkan Babacanı komandasında görmək niyyətindədir.
Qeyd edək ki, İbrahim Şehiçi Polşanın “Legiya” komandası da istəyir. Bosniya və Herseqovina millisinin qapıçısı “Erzurumspor”a 2018-ci ilin yayında “Qarabağ”dan keçib. O, 2015 – 2018-ci illərdə Ağdam klubunun formasını geyinib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək