Beş yol şirkəti ləğv olunur: Səbəb nədir?
Azərbaycanda beş yol şirkəti, o cümlədən “19 №-li Yol İstismarı”, “18 №-li Yol İstismarı”, “16 №-li Yol İstismarı”, “7 №-li Yol İstismarı” və “19 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-ləri ləğv prosesinə başladıqlarını elan ediblər.
Minval.info xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bu qərarın yol təsərrüfatında struktur və idarəetmə modelinin dəyişdirilməsi ilə əlaqəli olduğunu bildirib. Onun fikrincə, bu şirkətlərin eyni vaxtda bağlanması onların maliyyə problemləri ilə deyil, mövcud qurumların birləşdirilməsi və idarəetmə xərclərinin optimallaşdırılması ilə bağlıdır.
Ekspert əlavə edib ki, zərərli və ya səmərəsiz müəssisələrin bağlanması dövlət vəsaitinə qənaət və təkrarlanan xərclərin azaldılması məqsədi daşıya bilər. Lakin şirkətlərin rəsmi açıqlaması olmadan konkret maliyyə problemi barədə qəti nəticə çıxarmaq düzgün deyil. A.Nəsirli vurğulayıb ki, əsas məsələ ləğv olunan şirkətlərin funksiyalarının hansı qurumlara veriləcəyidir. Əgər bu fəaliyyətlər başqa qurumlarda birləşdirilərsə, prosesin struktur islahatı olduğu daha aydın görünəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!