Berluskoni: "Komandamızda saqqallı futbolçuların olmasını istəmirik"

İtaliyanın “Montsa” futbol klubunun sahibi olan Silvio Berluskoni hədəfləri barədə danışıb.
“Report” LA7-yə istinadən xəbər verir ki, 83 yaşlı funksioner yeni kollektivi “Milan”ın sabiq vitse-prezindenti Adriano Qalliani ilə birgə idarə etdiyini deyib.
O, nümunəvi komanda yaratmaq istədiklərini vurğulayıb: “İtaliyalı gənc oyunçuların komandamızda çıxış etmələrini istəyirik. Normal saç kəsimli olmalı, saqqalları, döymələri və pirsinqi olmamalıdır. Səhv etsələr, üzr istəməlidirlər və hər zaman hakimə hörmətlə yanaşmalıdırlar. Məqsədimiz əvvəlcə B, sonra isə A Seriyasına daxil olmaqdır. Başqaları üçün nümunə ola biləcək bir kollektiv istəyirik”.
Qeyd edək ki, Silvio Berluskoni 1986 – 2017-ci illərdə “Milan”ın sahibi olub. Onun dövründə klub 8 dəfə İtaliya çempionuluğunu və 5 dəfə Çempionlar Liqasını qazanıb. Berluskoni klubu 2017-ci ildə 860 milyon dollara çinli investorlara satıb. “Montsa” hazırda C Seriyasında çıxış edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kamil Zeynallı Tailandda rahibin duasını aldı
Xoruldama: Yuxuda nəfəs dayanmasının təhlükəsi!
Argentina futbolu Messini 1 dəqiqə alqışlayacaq
UEFA "Fənərbağça" və futbolçularını araşdırır
Bakı Qran-prisi üçün yeni tribuna istifadəyə verildi
Neftçi SOCAR dünya seriyasında ikincidir!
Osimhen İstanbulda lüks Ferrari ilə heyran etdi