BDU-nun müəllimi Rafael Cəbrayılovu məhkəməyə verdi
Bakı Dövlət Universitetinin (BDU) müəllimi Xatirə Nəcəfova sabiq deputat Rafael Cəbrayılovu məhkəməyə verib.
Mülki iddiaya Abşeron Rayon Məhkəməsində baxılacaq.
Maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı iddia hakim Habil Məmədovun icraatına verilib. İş üzrə hazırlıq iclası növbəti həftə keçiriləcək.
Qeyd edək ki, X.Nəcəfova 1994-cü ildən BDU-nun Ingilis dili (humanitar fakultələr üzrə) kafedrasında çalışır və baş müəllimdir. R.Cəbrayılovun Xatirə Nəcəfovadan külli miqdarda borc alaraq qaytarmadığı bildirilir.
Sabiq deputatın borclu olduğu başqa şəxslər də var. Sentyabr ayında Rafael Cəbrayılovun 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayıldıqdan sonra, o, Milli Məclisin deputatı mandatından imtina edib.
Belə ki, R.Cəbrayılov Təranə Fətəliyeva adlı vətəndaşdan ev tikmək üçün notariat qaydasında təsdiq olunmuş şəkildə 300 min ABŞ dolları məbləğində borc alıb. Lakin deputat borcu vaxtında ödəyə bilməyib.
///Report
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Abşeron çimərliklərində suyun temperaturu yüksəlir
Sabiq nazir Vaqif Novruzov 86 yaşında vəfat etdi
Lənkəran-Astarada leysan yağışları: 11 mm yağıntı
UNEC rektoru təhsil müddətinin azaldılmasını dəstəkləyir
Ahıllara qayğı: Mərkəzlərdə artan müraciətlər
Zirə və Qarabağ: Məğlubedilməzlik seriyası təhlükədə!
Qara dənizdə dron hücumu: Azərbaycanlılar hədəf alındı