Bayıl sakinləri susuzluqdan əziyyət çəkir!
Səbail rayonunun Bayıl qəsəbəsində yaşayan sakinlər su çatışmazlığından əziyyət çəkirlər. Ömər Faiq Nemanzadə küçəsi, 98 ünvanında yaşayan sakinlərin bildirdiyinə görə, artıq 10 gündür ki, ərazidə su təchizatı yoxdur.
Minval.info xəbər verir ki, sakinlər adətən günaşırı verilən suyu evlərin qarşısındakı çənlərdə saxlayırdılar. Lakin son 10 gün ərzində bu çənlərdəki su ehtiyatı da tükənib.
Vətəndaşlar problemin həlli üçün dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, suyun nə vaxt veriləcəyi ilə bağlı dəqiq məlumat ala bilməyiblər. Hazırda sakinlər gündəlik su tələbatlarını su daşıyan avtomobillər vasitəsilə ödəməyə və ya marketlərdən su almağa məcbur qalıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı