"Bavariya" Messini alır? - Klubdan açıqlama
“Bavariya”nın İdarə Heyətinin sədri Karl-Hayns Rummeniqqe “Barselona”dan ayrılacağı gözlənilən Lionel Messinin transfer etmək ehtimalları haqda danışıb.
Fanat.Az xəbər verir ki, Münhen təmsilçisinin rəsmisi “Tuttosport” nəşrinə açıqlamasında bildirib ki, belə böyük oyunçuya ödəniş edə bilməzlər.
“Messinin “Barselona”dan ayrılacağını eşidəndən sonra məyus oldum. O, klubda tarix yazıb, karyerasını burada baş vurmalı idi. Bilmədiyimiz daxili və xüsusi səbəblər var, buna qarışmamalıyam”, deyə Rummeniqqe bu transferin “Bavariya”nın fəlsəfəsinə uyğun olmadığını qeyd edib.
Qeyd edək ki, Messi ilə “Mançester Siti”, “Mançester Yunayted” və PSJ-nin maraqlandığı iddia olunur.
Xatırladaq ki, Lionel Messi 2004-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. Messi bu müddət ərzində bütün turnirlər daxil olmaqla, 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu müqaviləsinə xitam verilməsi üçün müraciət etsə də, klub bundan imtina edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neymar "bombası" partlayır - 115 milyonluq futbolçu gedir
Azərbaycanda oynayan ən bahalı futbolçu müəyyənləşdi – Siyahı
Qurban Qurbanov: "Çox ciddi rəqiblə qarşılaşacağıq"
"Liverpul" və 1xBet əməkdaşlıq müqaviləsini bağlayıblar
"Olimpiakos" - "Qarabağ" matçı sükutla başlayacaq
"İnanıram ki, mayın 29-da Bakıda olacağıq" - Azplikueta
Mahir Emreli karyerasını İspaniyada davam etdirə bilər