"Bavariya" Çempionlar Liqasının qalibi oldu - VİDEO
Çempionlar Liqasında (ÇL) 2019/20 mövsümü başa çatıb.
Ötən gün turnirin final qarşılaşması keçirilib.
Həlledici matçda Fransa çempionu PSJ ilə Almaniyada qızıl medalların sahibi “Bavariya” üz-üzə gəlib. İtaliyalı Daniele Orsatonun idarə etdiyi görüşdə PSJ tarixində ilk dəfə, “Bavariya” isə 11-ci dəfə final oyununa çıxıb.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
“Marsel”, “Reyms”, “Sent-Etyen” və “Monako”dan sonra həlledici matça qədər irəliləyən 5-ci Fransa təmsilçisi olan PSJ-nin 1993-cü ildən sonra kuboku adıçəkilən ölkəyə aparmaq istəyi baş tutmayıb. Məhz fransalı futbolçu Kinqsli Komanın 59-cu dəqiqədə vurduğu yeganə qol finalın taleyini həll edib.
Rəqibini 1:0 hesabı ilə məğlub edən “Bavariya” 7 ildən sonra ilk, ümumilikdə isə 6-cı ÇL kubokunu muzeyinə aparıb.
https://www.youtube.com/watch?v=xfYTPjO20iU
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO