"Başınızdan böyük danışmısınız, həmin şəxs stolun altında..." - Xatirə
Əkizlər Sevil və Sevinc Səfərova bacıları “ATV maqazin onlarla” rubrikasının “Hit-parad” rubrikasının qonağı olublar.
Minval.info xəbər verir ki, müğənnilər bir çox ifaçıların ünvanına sərt sözlər deyiblər.
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
Əkizlər müğənni Xatirə İslamın “Viranə” mahnısını dördüncü pilləyə qoyublar. Onlar Xatirə haqda qalmaqallı açıqlama veriblər. Onlar Miri Yusifi tənqid edən Xatirəyə “Efirdə görünməsə unudulacaq” sözlərini deyib.
Xatirə İslamın bacılara cavabı da gecikməyib. O, bacıları qeyri-peşəkarlıqda ittiham edib:
“Gözəl qızlarım, əvvəla sizə ayıb olsun ki, siz başınızdan böyük danışmısınız. Bunu sizə heç yaraşdırmadım. Heç bir musiqi savadı olmayan, sənətə yeni gəlmiş müğənni kimi heç bir uğura imza atmayan gənc və dəliqanlı qızların 18 il peşəkar səhnədə olan, Azərbaycanın bütün karifeylərinin dərsini alan sənətçiyə fikir bildirə bilər?
ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”
Mən sizi başa düşürəm, çoxdandır efirlərdə yoxsunuz, yeni hit mahnı da yoxdur bununla gündəmə gəlməyi düşündünüz? Ailə qurduqdan sonra 1 il efirə çıxmadım və unudulmadım da, olduğum yerdən məmnunam. Hamı qulağını açıb eşitsin, sənəti ən az sənətim qədər olan kəslər adımı çəkə bilər, gedin bu sənətə niyə və necə gəlmisiniz bir az oturun fikirləşin, başınızı böyük yerlərə soxmayın. Adam gündəmdə olmaq üçün hər şeyə getməz, bundansa gözəl bir vokal və ya muğam dərsi keçib oxumağı öyrənə bilin. Nə qədər ki, səs və sənət yoxdur, heç vaxt sözünüzün kəsəri olmayacaq. Heç görmüsüz ki, sənəti olan məndən danışsın? Çünki sənəti olan məni başa düşər. Bu gün kimlərsə gündəmdə ola bilər, amma bilin ki, oxuyan adam içəri girəndə həmin şəxs stolun altında olur. Son sözü bilirsiz kim deyir? Sənəti olan”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"
