Baş zəyzid kəndində qəbiristanlıqda yeni ənənə: Bütün məzar daşları eyni ölçüdədir
Şəki rayonunun Baş Zəyzid kəndində yerləşən qəbiristanlıq, səliqəli tərtibatı ilə fərqlənir. Bu kənddə 5 mindən çox insan yaşayır və 6 il əvvəl yaradılan bu qəbiristanlıqda bütün məzar daşları eyni ölçüdədir.
Minval.info xəbər verir ki, kənd sakinləri bu qaydanın gələcəkdə ənənə halına gələcəyini düşünürlər. Köhnə qəbiristanlıqda yer çatışmazlığı səbəbindən sakinlər bir araya gələrək yeni bir ərazi müəyyənləşdirdilər və bu işə başladılar. Məzarlar standart ölçülərə uyğun hazırlanıb və bu yanaşma kənd əhalisi tərəfindən müsbət qarşılanıb.
Kəndin bir sakini, “Yeni qəbiristanlığın salınmasında bütün sakinlər fəal iştirak etdilər və bu qayda-qanun hamı tərəfindən bəyənildi,” deyə bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı