Baş məşqçisi Renatı tərfilədi - "Onun böyük ürəyi var"
“Vulverhempton”unun 23 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Ceyms Kollinz oyunçusu Renat Dadaşov haqda danışıb.
Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, “Liverpul”la görüşdə (2:2) qol vuran millimizin hücumçusunu tərifləyib. Kollinz gənc forvardın çox istəkli və çalışqan olduğunu deyib:
“Bura gələndən mənimlə əla münasibətdərir. Onun böyük ürəyi və oyunu idarə etmə bacarığı var. Renatın oyunu üzərində işləmək üçün az vaxt sərf edirik. Sanki bir Roy Roversdir. O, hər şeyi özü etməyi sevir.
Düşünürəm ki, ”Liverpul”la qarşılaşmada o, işini gördü və komandamızın hücum xəttini yaxşı tərəfdən göstərdi. Qol vurması da yaxşı haldır, komandamıza kömək etdi. Bunun üzərində işləməli və daha çox fərqlənməlidir. İstəkli futbolçudur, inkişaf etmək istəyir. Renat səhər yuxudan oyananda belə, sənə hər şeyi verməyə hazır olan bir futbolçudur”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək