Baş infeksionist: “Gürcüstan Çin vaksini əldə etməyə hazır idi”
“Gürcüstan Çin vaksinini almağa çoxdan hazır idi”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze deyib.
Onun sözlərinə görə, bir sıra telekanallar və həkimlər Çin istehsalı olan peyvəndi tənqid etməyə başladı:
“Biz bunu nəzərə aldıq və həmin vaksini idxal etmədik. Qonşularımız – Azərbaycan və Türkiyədə Çin peyvəndi ilə vaksinasiyaya start veriləndən sonra bizi günahlandırmağa başlayıblar”.
T.Tsertsvadze bildirib ki, hazırda Gürcüstan seçim qarşısındadır:
“Əgər Avropa vaksini istəyiriksə, bir az dözməliyik və yaxud Çin peyvəndindən imtina etməməliyik”.
ƏLAQƏLİ
Türkiyənin müdafiə sənayesindəki hədəfi: 20 milyard dollarlıq yeni müqavilələr
Baş infeksionist ölkəyə vaksin tədarükünün ləngiməsindən çox narahat olduğunu qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi
İqlim dəyişikliyi Norveçdə içməli suyu təhlükəli hala gətirib