Baru meyvəsi: Ürək və bağırsaqlar üçün möcüzə
Alimlər, ekzotik baru meyvəsinin ürək, bağırsaq və maddələr mübadiləsi üçün faydalı ola biləcəyini açıqlayıblar. Bu tədqiqatın nəticələri “Food & Function” jurnalında dərc olunub.
Minval.info xəbər verir ki, Matu-Qrosu və Bahia Federal Universitetlərinin alimləri tərəfindən aparılan araşdırmada Braziliyada yetişən baru meyvəsinin müxtəlif hissələrinin kimyəvi tərkibi öyrənilib. Tədqiqatçılar meyvənin lətində karbohidrat və həll olmayan lif, çəyirdəyində isə ürək-damar sistemi üçün faydalı hesab olunan zülallar, olein və linol turşularının yüksək miqdarda olduğunu müəyyən ediblər.
Meyvənin tərkibində həmçinin antioksidant xüsusiyyətlərə malik bitki mənşəli birləşmələr – flavonoidlər aşkarlanıb. Alimlərin fikrincə, baru meyvəsi bağırsaqdakı faydalı bakteriyaların inkişafını dəstəkləyə, lipid mübadiləsinin göstəricilərini yaxşılaşdıra, oksidləşdirici prosesləri azalda və ürək-damar sistemini qoruya bilər.
Bununla belə, tədqiqat müəllifləri qeyd ediblər ki, əldə olunan nəticələr kiçikmiqyaslı klinik araşdırmalara əsaslanır və baru meyvəsini sağlamlıq üçün potensial faydalı və funksional qida məhsulu hesab edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyindən 7 ölkəyə ekstradisiya sorğusu
Highland Residence: Gənclik parkı yaxınlığında yeni mənzillər
Youtube-dan Netflix-ə qarşı yeni strategiya!
Dəmiryol keçidlərində təhlükəsizlik üçün ADY-dən çağırış
Bayıl sakinləri susuzluqdan əziyyət çəkir!
Komo şəhərində velosiped sürmək qadağan edildi
Turizmin inkişafı üçün yeni dövr başlayır!