“Barselona” və “Bavariya” da 1/4 finala yüksəldi
Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Minval.info apasport-a istinadən xəbər verir ki, martdan təxirə salınan 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində son iki matç baş tutub.
Hər iki qarşılaşmada meydan sahibləri qələbə qazanıblar. İngiltərədəki ilk oyunda da qalib gələn “Bavariya” “Çelsi”ni yenərək 1/4 finala yüksəlib.
“Barselona” isə “Napoli”ni mübarizədən kənarlaşdırıb. İspaniya təmsilçisi İtaliyada heç-heçə etdiyi rəqibi doğma divarlar arasında məğlub edib.
Qeyd edək ki, 1/8 finalın təxirə salınan digər iki matçı avqustun 7-də keçirilib.
Çempionlar Liqası
1/8 final, cavab oyunları
8 avqust
23:00. “Bavariya” (Almaniya) – “Çelsi” (İngiltərə) – 4:1
Qollar: Levandovski, 10 (pen.), 84, Perişiç, 24, Tolisso, 76 – Abraham, 41
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
Münhen. “Alyans Arena”
İlk oyun – 3:0
23:00. “Barselona” (İspaniya) – “Napoli” (İtaliya) – 3:1
Qollar: Lenqle, 10, Messi, 23, Suares, 45+1 (pen.) – İnsinye, 45+3 (pen.)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Barselona. “Nou Kamp” stadionu
İlk oyun – 1:1
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qəbələ” “Neftçi”yə, “Keşlə” “Sumqayıt”a qarşı
"Qarabağ" klubu 8-ci dəfə qış çempionu olub
"Çempionatın ən gərgin oyunlarından biri oldu" - Qurban Qurbanov
Hazard qərarını verdi – Gedir, yoxsa qalır?
Ramil Quliyev Türkiyə ordusunda
Ayda ən çox maaş alan futbolçular açıqlandı - SİYAHI
Ronaldu Sinqapurda azarkeşi tutan polisi vurub - VİDEO