İspaniyanın “Barselona” klubu yeni formasını təqdim edib. 

“Minval.info” Kataloniya təmsilçisinin rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, klub üçüncü – alternativ formanı ulduz futbolçusu Lionel Messi ilə təqdim edib.

Qeyd edək ki, “Barselona”dan ayrılmaq istədiyini bildirən Messi məhkəmə məsələsinə görə qərarını dəyişib. O, müqaviləsinin sonuna – 2021-ci ilin yayınadək komandada qalacağını açıqlayıb.

Bir müddət öncə Britaniya mətbuatı Lionel Messinin İngiltərənin “Mançester Siti” klubu ilə anlaşdığını yazmışdı. Hücumçu 2004-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir. 33 yaşlı forvard bu müddət ərzində bütün turnirlər daxil olmaqla 731 matçda meydana çıxıb, 634 qol və 285 məhsuldar ötürmə ilə yadda qalıb.