“Barselona”nın borcu açıqlandı
“Barcelona”nın maliyyə vəziyyəti xeyli pisləşib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun illik maliyyə hesabatını araşdıran goal.com nəşri xəbər yayıb.
Məlumata əsasən, katalonların iki milyard avroya yaxını borcu var. Bunlardan 730 milyonu qısamüddətli borcdur.
Klubun xərcləri arasında ən böyük yeri əməkhaqları tutur və borcların bir hissəsi də elə bununla bağlıdır. “Barsa” büdcəsinin 74%-i məhz əməkhaqları istiqamətində xərclənir.
“Barselona”nın digər klublara da 126 milyon avro borcu var. Bu borclar oyunçu transferləri nəticəsində əmələ gəlib. Katalonlar Kautinyoya görə “Liverpul”a 29 milyon, de-Yonqa görə “Ayaks”a 16 milyon, Malkolma görə “Bordo”ya 10 milyon avro borcludurlar və bu borclar cari ilin iyun aynın 30-dək ödənilməlidir.
Xatırladaq ki, 2019/2020-ci il mövsümünün sonunda “Barselona”nın 488 milyon avro borcu var idi. Göründüyü kimi, klubun maliyyə vəziyyəti sürətlə pisləşir.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək