"Barselona" Koutinyoya müştəri tapa bilmir
“Barselona”nın yarımmüdafiəçisi, “Bavariya”da icarə əsasında çıxış edən Filippe Koutinyonun gələcəyi qeyri-müəyyən olaraq qalır.
Fanat.Az “Marca”ya istinadən xəbər verir ki, “Barselona” hələ də Koutinyoya görə rəsmi təklif almayıb. Katalon klubu 28 yaşlı futbolçunu ən azı 80 milyon avro qarşılığında satmaqda qərarlıdı.
“Barsa” rəhbərliyi Koutinyonun “Bavariya”nın heyətində Çempionlar Liqasının qalan oyunlarında parlayacağına və bu yolla müştəri tapacaqlarına ümid edir.
Braziliyalı oyunçu 2018-ci ilin qışında 120+40 milyon avro müqabilində “Liverpul”u “Barselona”ya dəyişmişdi.
2019-20 mövsümündə 23 matçda meydana çıxan Koutinyonun aktivində 8 qol, 6 məhsuldar ötürmə var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək