17.08.2019 - 22:16
İdman 46 baxış

"Barselona" Filippe Koutinyonu icarəyə verib

Almaniyanın “Bavariya” klubu İspaniya “Barselona”sının ulduz futbolçusu Filippe Koutinyonu icarəyə götürüb.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 2019/2010 mövsümünün sonuna kimi Münhen təmsilçisinin formasını geyinəcək.

Müqaviləyə əsasən, Almaniya nəhəngi növbəti mövsümdə braziliyalı oyunçunu heyətinə qatmaq hüququna malik olacaq.

Qeyd edək ki, Filippe Koutinyo 2018-ci ilin yanvarında İngiltərənin “Liverpul” klubundan “Barselona”ya keçib. Kataloniya təmsilçisi onun keçidi üçün 145 milyon avro ödəyib. Yarımmüdafiəçi komandanın heyətində 76 matçda meydanda olub. “Barselona” ilə 2023-cü ilin yayına kimi müqaviləsi olan oyunçu 21 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: